Rusiya Federasiyası ərazisində Facebook və Twitter sosial şəbəkələrinə giriş bloklanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.

Xidmətin məlumatına görə, sayta giriş “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal qanunun iğtişaşlara, ekstremist çağırışların yer aldığı saytlara girişin məhdudlaşdırılması prosedurunu tənzimləyən 15.3-cü maddəsinə uyğun olaraq məhdudlaşdırılıb.

Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından Facebook tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

Son günlər bir sıra media orqanlarının Facebook sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılmışdı. Bunların arasında “Zvezda” telekanalı, “RIA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resursları var.

MƏNBƏTASS
Öncəki xəbərG7 Rusiyanı Ukraynada mülki əhali və infrastruktura zərbə vurmaqda günahlandırdı
Sonrakı xəbərPutin yeni qanun imzaladı: Rusiyada yalan xəbər yayanlara 15 il həbs
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın