ABŞ prezidenti Co Baydenin (Joe Biden) rusiyalı həmkarı Vladimir Putin haqqında təhqiramiz ifadələri Rusiyanı ABŞ-la münasibətlərini kəsməyə sövq edir.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən (RF XİN) bildirilib.
Belə ki, Bayden keçən həftə Putini “müharibə cinayətkarı”, “ölümcül diktator” və “xalis quldur” hesab etdiyini söyləyib. Bu münasibətlə martın 21-də ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan XİN-ə çağırılıb və ona etiraz notası verilib.