Rusiya silahlı qüvvələri Ukraynaya hücumun ikinci mərhələsinə başlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Mərkəzi Hərbi Dairənin komandanının müavini Rüstəm Minnekaev məlumat verib.

“Hərbi əməliyyatların ikinci mərhələsi başlayıb. İkinci mərhələdə Rusiya ordusu Donbass və Ukraynanın cənubu üzərində tam nəzarət yaratmağı, Krıma dəhliz, eləcə də Dnestryanı əraziyə çıxışı təmin etməyi planlaşdırır”, – deyə əməliyyatın məqsədi barədə məlumat verən Rüstəm Minnekaev vurğulayıb.

Bildirək ki, iki gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Rusiya uzun zamandır Donbas uğrunda döyüşlərə hazırlaşır. Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik isə Ukrayna uğrunda həlledici döyüş başladığını deyib.

Öncəki xəbərİmamyar Həsənov: Musiqi mədəniyyətimizi ABŞ-da tanıtmaq vəzifəmdir
Sonrakı xəbərBelarus Ukrayna və Polşa ilə sərhəddə yeddi döyüş-taktiki qrupu cəmləşdirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın