Ukraynada Zakarpat Briqadasının əsgərləri Rusiya ordusunun polkovnik-leytenantı Aleksandr Koşeli əsir götürüblər.

YALAN.info bildirir ki, bununla bağlı 128-ci Əlahiddə Dağ-Hücum Zakarpat Briqadasının hərbçisi Yaroslav Qalas “Facebook”da məlumat verib.

Bildirilir ki, Aleksandr Koşel Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı, general-leytenant Mixail Zusk ilə birbaşa əlaqə saxlayırdı və şəxsən gündəlik hesabatlar verirdi.

Onun sözlərinə görə, Koşeli ələ keçirildikdən dərhal sonra ruslar onu azad etmək üçün çox sayda qüvvə göndəriblər. Eyni zamanda, əməliyyatlara aviasiya da cəlb edilib.

Düşmən atəşindən xəsarət alan olmayıb və əsir götürülən zabit arxa cəbhədə təhlükəsiz yerə aparılıb.

MƏNBƏUkrinform.ru
Öncəki xəbərRusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Sonrakı xəbərUkrayna Silahlı Qüvvələri: Rusiyanın 15 300-dən çox hərbçisi öldürülüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın