Rusiya Silahlı Qüvvələri “İsgəndər”lə ABŞ və Avropa Birliyindən (AB) Ukrayna Ordusuna verilən silahları və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini atəşə tutub.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Xarkov vilayətinin Krasnoqrad və Karlovka dəmiryol stansiyaları ərazilərində “İsgəndər” operativ-taktiki raket kompleksləri ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı, habelə Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.”, – Konaşenkov bildirib.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukrayna ordsunun 42 canlı qüvvəsinin toplaşdığı ərazini və iki sursat anbarını, “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.

KİMRusiya Müdafiə Nazirliyi
MƏNBƏVK.com
Öncəki xəbərİlon Mask “Twitter”in gəlirini beş dəfə artırmağı planlaşdırır
Sonrakı xəbərŞuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalında 10 ölkənin musiqiçiləri iştirak edəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın