Şuşanın Cıdırdüzündə keçiriləcək V Xarıbülbül Beynəlxalq Folklor Festivalında 10 ölkədən musiqiçilər iştirak edəcək.

YALAN.info bildiir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək.

Festivalın 2022-ci il 12-14 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub. Xarıbülbül Festivalının keçirilməsi üçün Şuşa şəhərinin seçilməsi heç də təsadüfi deyil: Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. 

İlk dəfə 1989-cu ildə keçirilmiş Xarıbülbül Festivalı Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmişdi. Festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdırdüzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.

Sayca beşinci festivalda 10 ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın