Rusiya hökuməti onlara dost olmayan ölkələrin siyahısını hazırlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı uyğun sənəd Rusiya Federasiyası Nazirlər Kabinetində imzalanıb.

Siyahıda ABŞ, Kanada, bütün Avropa Birliyi ölkələri (Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Yunanıstan, Almaniya, Danimarka, İtaliya, İrlandiya, İspaniya, Kipr respublikası, Lüksemburq, Latviya, Litva, Malta, Niderland, Portuqaliya, Polşa, Rumıniya, Sloveniya, Slovakiya, Fransa, Finlandiya, Xorvatiya, Çexiya, İsveç, Estoniya), Böyük Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan var.

Siyahı Rusiya Prezidentinin 5 mart 2022-ci il tarixli “Bəzi xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin müvəqqəti qaydası haqqında” fərmanı çərçivəsində təsdiq edilib.

MƏNBƏTASS
Öncəki xəbərAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sonrakı xəbərKuleba Qərbdən 3 şey istədi: Təyyarə, hava hücumundan müdafiə və enerji embarqosu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın