Danimarka, İsveç, Portuqaliya, Estoniya və İtaliya Rusiya diplomatlarını ölkədən çıxarır. Avropa Birliyi (AB) Rusiyanın daimi missiyasının 19 əməkdaşının arzuolunmaz şəxs (persona non-qrata) elan edilməsi ilə bağlı qərar qəbul edib.

YALAN.info bildirir ki, bununla bağlı AB-nin xarici siyasət xidmətindən məlumat verilib.

“Rusiyalı əməkdaşlar diplomatik statuslarına zidd olan və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını pozan fəaliyyətlərdə iştirak etdikləri üçün birlikdən çıxarılacaqlar”, – xidmətin açıqlamasında bildirilir. Qərarın Buça hadisələri fonunda qəbul edildiyi vurğulanır.

“AB Ukrayna və Ukrayna xalqı ilə tam həmrəydir və beynəlxalq tərəfdaşlarla koordinasiyada hər cür dəstəyi göstərməyə davam edəcək” – Avropa Birliyinin açıqlamasında bildirilir.

Danimarka, İsveç, Portuqaliya, Estoniya və İtaliya Rusiya diplomatlarını ölkədən çıxarır

Portuqaliya hökuməti Rusiyanın Lissabondakı səfirliyinin 10 əməkdaşını “arzuolunmaz şəxs” elan etmək qərarına gəlib. Bununla bağlı Portuqaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyi ölkədən çıxarılan səfirlik əməkdaşlarının fəaliyyətinin Portuqaliyanın “milli təhlükəsizliyinə zidd” olduğunu hesab edib. Onlara respublika ərazisini tərk etmək üçün iki həftə vaxt veriləcəyi bildirilib.

Danimarkanın Xarici İşlər Nazirliyi Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 14 gün vaxt verilməsi ilə bağlı məlumat yayıb. Onlar Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham olunurlar.

Estoniya Rusiyanın Narva şəhərindəki baş konsulluğunu bağlayır və Rusiyanın 14 diplomatını ölkədən çıxarır. Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunub. Artıq bununla əlaqədar Rusiya Federasiyasının Estoniyadakı səfiri Vladimir Lipaev Estoniyanın Xarici İşlər nazirliyinə çağırıb və ona diplomatik nota təqdim edilib.

Eyni zamanda İsveç də üç rusiyalı diplomatın ölkədən çıxarılmasına qərar verib.

Bu gün İtaliya da 30 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edərək ölkədən çıxarılmalarına qərar verib. 

Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyat elan etdiyindən sonra 315 Rusiya diplomatı Qərb ölkələrindən qovulub

Fevralın 24-dən bugünə qədər Qərb ölkələri toplam 315 rus diplomatını persona non-qrata elan edib. Bu, 2018-ci ildə Skripal işi ilə əlaqədar diplomatik heyətin öncəki əsaslı qovulması ilə müqayisədə təxminən 2,5 dəfə çox olub.

Polşa (45), Almaniya (40), Slovakiya (35), Fransa (35), İtaliya (30) Rusiya-Ukrayna müharibəsi başlayandan bəri əksər rus diplomatlarını ölkədən çıxarıb. Həmçinin, Rusiya diplomatik missiyalarının əməkdaşları Belçika (21), Hollandiya (17), Danimarka (15), Bolqarıstan (13), Şimali Makedoniya (5), İrlandiya (4), Litva (4), Latviya (16), İsveç (3), Estoniya (17), Monteneqro (1) və Çexiyada (1) persona non-qrata elan ediliblər. Birləşmiş Ştatlar Rusiya səfirliyindən bir elçini qovdu, həmçinin Rusiyanın BMT-dəki missiyasının 12 əməkdaşını persona non-qrata elan etdi.

Bundan başqa, Riqa və Vilnüs Moskvanın diplomatik nümayəndəliyinin səviyyəsini aşağı salıb. Litva həmçinin Rusiyanın Klaypeda, Latviya-Liepaja və Dauqavpils, Estoniya isə Narvadakı konsulluğu və Tartudakı ofisini bağladığını elan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın