Azərbaycan Ordusunun bölmələri erməni dilində səsgücləndiricilərlə Qarabağ ermənilərinə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinin qalıqlarına xəbərdarlıqla müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Caliber”in hərbi çevrələrdəki məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, xəbərdarlıq mətni aşağıdakı kimidir:

“Erməni milliyətli vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz! Burada istənilən fəaliyyət Azərbaycan qanunları əsasında tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər bir şey qanunsuzdur. İndi apardığınız mühəndis işləri qanunsuzdur.

Müharibəyə hazırlaşmayın və bizim ərazimizdə sərhəd qurmağa çalışmayın! Əgər burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına uyun!

Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazidən uzaqlaşın. Əks halda sizə qarşı güc tətbiq olunacaq. İtkilərinizə görə məsuliyyət sizin üzərinizə düşəcək. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazidən uzaqlaşın! Ərazidən uzaqlaşın!”.

Həmçinin Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə xəbərdarlıq edib ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar uyğun icazə alana qədər iş görülən ərazini tərk etməlidirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın