Ermənistan respublikasının hüquq-mühafizə orqanları keçmiş prezident Robert Koçaryan barəsində yeni cinayət işi açıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Interfaks”a istinadən bildirir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan deyib.

Bu dəfə Koçaryan maliyyə fırıldağı və “çirkli pulların yuyulması” işi üzrə ittiham olunan şəxs qismində çıxış edəcək.

Vanetsyan bildirib ki, söhbət yüz milyonlarla dollardan gedir. O vurğulayıb ki, paytaxtdakı “Konqress” hotelinin 6 milyon dollar rüşvət qarşılığında alınması və Koçaryan ailəsinin bu mülkə necə yeyələndiyiylə bağlı faktlar ortaya qoyulacaq.

Eyni zamanda tezliklə keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandrın maliyyə fırıldaqlarıyla bağlı məlumat açıqlanacaq.

Öncəki xəbərQarabağ FK-nun Avroliqadakı rəqibləri-Arsenal, Sportinq və Vorskla uddu
Sonrakı xəbərR.T.Ərdoğandan dünyaya çağırış: Əsədi dayandırın
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın