Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Çempionatında final görüşünə çıxıb.

YALAN.info bildirir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və ikiqat Avropa Çempionu olan güləşçimiz həlledici görüşdə Qela Bolkvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə Avropa Çempionatının qızıl medalını qazanıb. 

Murad Məmmədov (60 kq) bürünc medal uğrunda görüşdə rumıniyalı Rezvan Arnautu məğlub edib – 5:2.

Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastian Nadla bürünc medal üçün güləşib. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında Avropa Çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb.

Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Kristupas Şleyva (Litva) olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 8-ci medalı qazandırıb. 

Rafig Huseynov (AZE) vs Gela Bolkvadze (GEO) – Final // European Championships 2022
Öncəki xəbərİxtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmətə başladılar
Sonrakı xəbərYunan-Roma güləşi üzrə Azərbaycan Millisi Avropa Çempionu oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın