Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan koronavirusun (COVID-19) Omikron ştamına yoluxublar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə Respublikasının Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında onların durumunun yaxşı olduğunu yazıb.

“Omikron” ştamının sürətlə yayıldığı bu dövrdə yüngül simptonlarla bağlı cənab Prezidentimiz və dəyərli həyat yoldaşı Əminə Ərdoğan üçün keçirilən COVID-19 testi müsbət çıxıb. Sağlamlıq durumları fəaliyyətlərinə əngəl yaratmayacaq qədər yaxşıdır”, – deyə nazir bildirib.

Zelenski Türkcə Rəcəb Təyyub Ərdoğan və xanımı Əminə Ərdoğana şəfalar dilədi

Ukrayna Prezidenti Volodimir Zelenski öz “Twitter”ində koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşına Türk dilində şəfalar diləyib.

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və həyat yoldaşı hörmətli Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxdığını həyat yoldaşım Yelena ilə məyusluqla öyrəndik. Dostlarımız Tayyib bəy və Əminə xanıma keçmiş olsun diləklərimizi çatdırır, şəfalar diləyirik”, –  deyə V.Zelesnki yazıb.

Öncəki xəbərNaxçıvanda Şahmat üzrə Azərbaycan Çempionatının açılışı oldu
Sonrakı xəbər30 ildir həllini tapmayan problem: Tacik və qırğızlar nəyi və niyə bölə bilmirlər?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın