Fevralın 4-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində kişilər arasında Şahmat üzrə Azərbaycan Çempionatının açılış mərasimi keçirilmişdir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, açılışdan öncə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və başqa nümayəndələr xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində oldular.

Kişilər arasında şahmat üzrə Azərbaycan Çempionatının açılışındə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov qonaqları salmayaraq bildir ki, Azərbayacanda şahmata tarixən hər zaman önəm verilmişdir və hər zaman şahmatçılarımız dünyada öz layiqli yerlərini tutmuşlar.

Bu gün dünya şahmatında ən yaxşıları içərisində 2 Azərbaycan şahmatçısı var. Ölkəmizdə şahmatın inkişafı və bu qədər nüfuzlu idman növünə çevrilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər və idman siyasətinin bəhrəsidir. Ölkə Prezidenticənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirir və daim diqqətdə saxlanılır. Bu sahədə inkişafı təkcə paytaxt Bakıda yox, hər bir regionda hiss etmək olur. Federasiya sədri Naxçıvan Muxtar Respublikasında da şahmata böyük diqqət və qayğı göstərilməsindən danışaraq bildirdi ki, Muxtar Respublikda şahmatın bütün orta məktəblərdə tədris olunması imkan verir ki, bu idman növünün davamlı, yaş aralığı olmadan inkişafı təmin edilsin.

Naxçıvan Şahmat Federsiyasının ötən il də fəaliyyətini uğurla başa vurduğunu diqqətə çatdıran federasiya sədri vurğuladı ki, 1 şahmatçı – Nazlı Hümbətovanın adı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uyğun Sərəncamı ilə “Gənc istedadların qızıl kitabı”na yazılmış və xüsusi aylıq təqaüdə layiq görülmüşdür. Şahmatçılardan Nəsrin Babayeva FIDE ustası adını qazanmış, Pərviz Qasımov beynəlxalq usta, Röya Cəlilova isə FIDE hakimi adını almışdır.

Bunlarla yanaşı il ərzində qəbul edilən Tədbirlər planı yerinə yetirilmiş, yarışlar hazırlanmış və ən əsası isə Naxçıvanda bu il ikinci dəfə premiyum turnir keçirilmişdir. Heç şübhəsiz ki, keçirilən yarışlar yeni istedadlı uşaqların kəşf olunmasına kömək edəcəkdir. Çıxışının sonunda Seymur Talıbov qeyd etmişdir ki, Azərbaycan Çempionatının ikinci dəfə Naxçıvan şəhərində keçirilməsi də muxtar respublikada şahmatçıların yetişməsinə stimul olacaqdır. 

Azərbaycan Çempionatının yenidən Naxçıvanda keçirilməsinin sevindirici və əlamətdar hal olduğunu diqqətə çatdıran Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov demişdir ki, bu qərarın verilməsinə səbəb muxtar respublikada mükəmməl şahmat infrastrukturunun olması, yerli mütəxəssislərin, yerli şahmat federasiyasının yüksək təşkilatçılıq səviyyəsinin olmasıdır. Mahir Məmmədov bu münasibətlə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədrinə minnətdarlığını bildirdi. Vurğulanmışdır ki, artıq ikinci ildir ki, bu mötəbər yarışın ünvanı Naxçıvandır.

Azərbaycanın dünya şahmatında ənənəvi olaraq aparıcı rol oynaması, ən məhşur şahmat ölkəsi olması təsadüfi deyil. 70-ci illərdə ulu öndər Heydər Əliyevin şahmatın inkişafı üçün respublikanın bütün bölgələrində bu idman növünün inkişafı məqsədilə şahmat məktəblərinin tikintisi, kütləviliyin təmini və şahmat mütəxəssislərinin hazırlanması istiqamətində verdiyi ardıcıl qərarların nəticəsində mümkün olmuşdur.

Məhz buna görə də ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 2009-2014-cüillərdə şahmatın inkişafı ilə bağlı Dövlət proqramının əsas müddəalarının həyata keçirilməsi yönündə muxtar respublika hazırda lider mövqədədir. Xüsusilə, ümumtəhsil məktəblərində şahmatın tədris olunması dünya şahmat tarixində unikal hadisədir. Bunun nəticəsidir ki, hazırda Naxçıvanın öz qrossmeysteri, beynəxalq ustaları, FIDE ustaları, FIDE və beynəlxlaq hakimləri var. 

Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti bildirmişdir ki, federasiya çalışır ki, keçirilən ölkə çempionatı yüksək səviyyədə təşkil olunsun, mükafat fondu daha yüksək olsun, əmsalları yüksək olan şahmatçıların çempionatda çıxışı təmin edilsin. Son iki ildə keçirilən onlayn və əyani yarışlarda Azərbaycan şahmatçıları öz ustalıqlarını nümayiş etdirdilər. Mahir Məmmədov ardıcıl olaraq ikinci dəfə Naxçıvanda yeni formatda keçirilən Azərbaycan çempionatında iştirak edən hər bir şahmatçıya uğurlar arzuladı.

Yarışın baş hakimi Lütfiyar Rüstəmov çempionatın yüksək səviyyədə təşkil olunması üçün yaradılan şəraitə görə minnətdarlıq etmiş, qaydalar haqqında məlumat vermişdir. Daha sonra şahmat çempionatının püşkü atıldı.

Bildirək ki, Azərbaycan Çempionatında 24 şahmatçı iştirak edir. Yarış 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaqdır. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda çempionu müəyyən edəcəklər.

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi (Naxçıvan-2022)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın