Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşdən sonra mətbuata bır sıra açıqlamalar verib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, R.T.Ərdoğanın sözlərinə görə, ölkəsi Avropa Birliyinə (AB) tamhüquqlu üzv olmaq niyyətindədir. Ancaq proseslə bağlı danışıqları təxirə salmaq üçün addımlar atılır.
“Türkiyə, əvvəllər olduğu kimi, AB-yə tamhüquqlu üzv olmağı hədəfləyir. Mən ayrı-ayrı ölkələrin Avropa Birliyi daxilində “həmrəyliyin” təmin edilməsi bəhanəsi ilə Ankara ilə AB arasında dialoqu sabotaj etmək cəhdlərinə imkan verməməyə çağırıram”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, onun dövləti “AB ölkələrinin bu gün üzləşdiyi problemlərin həlli üçün açardır”.