Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi Çolponbek Sıdıkovun döyülməsiylə bağlı Qazaxıstana nota verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, bu gün Qazaxıstan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin konsulu XİN-ə dəvət edilmişdir. Görüşdə ölkə vətəndaşı Çolponbek Sıdıkovun Qazaxıstanda iğtişaşlar zamanı döyülməsinə görə nota verilib.

Qırğızıstan tərəfi notada yanvarın 9-da Almatı-Bişkeş yolunda saxlanılan Sıdıkovun qazaxıstanlı asayiş keşikçiləri tərəfindən döyüldüyü, nəticədə hər iki ayağının və qabırğalarının qırıldığını qeyd edib. O, Almatı xəstəxanalarından birində tapılaraq ötən gün Qırğızıstana qaytarılıb.

Bundan başqa, hadisənin bütün hallarının aydınlaşdırılması və bütün təqsirli vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi istənilib. Qırğızıstan XİN Çolponbek Sıdıqova ağır bədən xəsarəti yetirməsinə görə təzminatın ödənilməsi üçün hərtərəfli və obyektiv araşdırma aparılmasının zəruriliyinə diqqət çəkib.

Onu da bildirək ki, bundan başqa, Qırğızıstan bu ay ərzində Qazaxıstana iki dəfə nota verib.

MƏNBƏQırğızıstan Respublikası Xarici İşlər Nazirliyi
Öncəki xəbərEldar Həsənov təqsirli bilinərək 10 il azadlıqdan məhrum olundu
Sonrakı xəbərXalq rəssamı Xanlar Əhmədov: 8 il hər yayı Şuşada keçirmişəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın