Bir müddət öncə Qazaxıstan Respublikasının ayrı-ayrı şəhərlərində 19 yanvar saat 00.00 dəqiqəyə qədər tətbiq edilən fövqəladə hal rejimi artıq bütün ölkə ərazisinə şamil olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ölkə prezidenti Kasım-Jomart Tokayev uyğun sərəncama imza atıb.

Qeyd edək ki, indi ölkədə etirazlar davam edir. Nümayişçilər “Qazaxıstan” televiziya kanalı, Almatı hava limanı kimi önəmli obyektlərə girərək dağıntılar törədiblər.

Yada salaq ki, yanvarın 2-dən Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qiymət artımına qarşı etirazlara qalxıblar. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. Almatı şəhərinə giriş və çıxış qadağan olunub.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər. Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.

Hökumət etirazçıların tələblərini yerinə yetirərək maye qazın qiymətini endirsə də aksiyalar səngiməyib. Bundan sonra dövlət başçısı bu gündən etibarən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini və qanun pozanlara qarşı sərt olacağını bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın