Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı həlak olub və Milli Qvardiyanın əsgəri və başqa 317 nəfər yaralanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Qazaxstan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

“Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, – xəbərdə deyilir.

Qeyd olunur ki, çərşənbə günü ölkənin bir sıra rayonlarında “təxribatçıların təşkil etdiyi, xuliqan ünsürlərin dəstəklədiyi iğtişaşlar, vandalizm və talançılıq davam edib”.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev indi Almatı yaxınlığında döyüşlərin getdiyini bildirib: “İndi Almatıda və başqa şəhərlərdə terrorçular tüğyan edir. Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava desant bölməsi döyüşlər aparır. Şəhərin hava limanı, beş təyyarə ələ keçirilib”. Prezident xalqın maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyini bildirib.

Dövlət başçısı ölkənin təhlükəsizlik şurasının toplantısını keçirib. Toplantıda Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrə müraciət edib. O, ölkədə baş verənləri xarici təcavüz kimi dəyərləndirib. Yerli telekanallarla yayımlanan toplantı zamanı prezident Almatıdakı iğtişaşların təşkilatçılarını “terrorçu dəstələr” adlandırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın