Qərb dövlətləri belə böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özünə tabe etmək istəyirlər.

YALAN.info bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Reallıq budur və sonralar mən buna tam 100 % əmin oldum. Sovet İttifaqı dağılandan sonra Qərb siyasətçiləri hesab edirdilər ki, biz bir az səbirli olmalıyıq, indi Rusiyanı tamamilə çökdürəcəyik”, – deyə Putin bildirib.

O əlavə edib ki, Avropa standartlarına görə belə kifayət qədər böyük ölkə – dünyanın ən böyük ərazisi və başqa Avropa ölkələri ilə müqayisədə yetərincə çox əhalisi olan dövlət ümumiyyətlə gərək deyil.

“ABŞ-ın tanınmış siyasi xadimi (ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev) Bjezinskinin təklif etdiyi kimi, onu beş yerə bölmək və bu parçaları ayrıca tabe etmək və resurslardan istifadə etmək daha yaxşıdır”, – Putin vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Vaşinqton Moskva ilə hesablaşmalı və ortaq dil axtarmalı olacaq. “Onlar bizimlə dil tapmalı olacaqlar, çünki bizi nəzərə almalı olacaqlar”, – deyə Putin bildirib.

Rusiya prezidenti ABŞ lideri Co Baydenin Moskvanın guya NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamalarını cəfəngiyyat adlandırıb: “Rusiyanın NATO ölkələrinə qarşı nə heç bir ərazi iddiası, nə də döyüşməkdə marağı yoxdur. Bu tam cəfəngiyatdır. Düşünürəm ki, prezident Bayden bunu başa düşür. Bu, sadəcə olaraq, Rusiyaya qarşı yanlış siyasətinə haqq qazandırmaq üçün bir ifadədir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın