Prezident İlham Əliyev Şanlı Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının 22 yaşayış məntəqəsinin işğaldan azad etməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının məlumatına görə, Prezident bildirib:

“Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.

Bundan əlavə, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad edilmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın