“Pfizer Inc.” əczaçılıq şirkətinin xalis mənfəəti 2021-ci ilin yekununa görə 2,4 dəfə artaraq 21,979 milyard ABŞ dollarına çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı korporasiyasının maliyyə hesabatında deyilir.

Eyni zamanda, hesabat ilində “Pfizer”in gəliri iki dəfə artaraq 81,288 milyard ABŞ dolları təşkil edib.

Sırf peyvənd satışından əldə edilən gəlir isə 2021-ci ildə 13,914 milyard ABŞ dolları təşkil edib. 2020-ci ildə bu rəqəm cəmi 2 milyard dollara bərabər idi.

Ötən ilin dördüncü rübünün nəticələrinə görə, şirkət 3,393 milyard ABŞ dolları xalis mənfəət əldə edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Səhm üzrə qazanc 0,59 ABŞ dollarına bərabər olub.

“Pfizer”in rüblük gəliri isə iki dəfə artaraq 23,838 milyard ABŞ dollarına çatıb.

MƏNBƏPfizer
Öncəki xəbərMTRŞ ləğv edilir, Audiovizual Şura yaradılır
Sonrakı xəbərAzad edilmiş ərazilərdə yeni hərbi bölmə yaradıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın