Pakistanın Pəncab vilayətində 7 nəfərin ölümüylə bitən ailə faciəsi yaşanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Reuters-in məlumatına görə, Müzəffərqarh şəhər sakini qızlarından birinin onun razılığı olmadan ərə getdiyi üçün öz evini yandırıb.

Yanğın nəticəsində kişinin 19 və 35 yaşlarında iki qızı ilə birlikdə dörd nəvəsi yanaraq ölüb. Uşaqlar dörd aylıq, 2, 6 və 13 yaşlarında olublar. Yanğında 35 yaşlı böyük qızının ərə getdiyi kişi də həyatını itirib.

Faciənin səbəbkarı tutulub. Polisin məlumatına görə, insidentlə bağlı istintaq aparılır.

Öncəki xəbərHackerlər iPhone 13 Pro smartfonunu 1 saniyəyə hack ediblər
Sonrakı xəbərBill Qeytsin qızı müsəlman milyarderə ərə getdi: Kəbin kəsildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın