Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu Lab qrupu iOS 15 əməliyyat sistemi ilə çalışan iPhone 13 Pro-nu hack edib. Onlar dünyada ilk dəfə uzaqdan jailbreak-ni reallaşdıraraq smartfon üzərində tam idarəetməni əldə edə biliblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu prosesin reallaşdırılması üçün hackerlərə 1 saniyə vaxt yetərli olub. Smartfon üzərində uzaqdan idarənin əldə olunması üçün hackerlər Safari brauzerinin və iOS 15 əməliyyat sisteminin nüvəsindəki boşluqdan yararlanıblar.

Maraqlısı ondadır ki, smartfonun hack olunması üçün yeganə tələb istifadəçinin zərərli keçidə tıklaması olub. İstifadəçi zərərli keçidə tıkladıqdan sonra hackerlər smartfon üzərindəki tam idarəni əldə ediblər. Nəticədə onlar smartfondan istənilən məlumatı əldə edə bilərlər. Bura həmçinin Gallery və uyğulamalardakı məlumatlar da daxildir.

Bu cür hack prosesi sayəsində hackerlər həmçinin smartfondakı məlumatları uzaqdan silə də bilərlər. Hackerlər tərəfindən istifadə edilmiş sistem boşluqlarının iOS 15-in sonuncu versiyalarında olub-olmadığı ilə bağlı bir məlumat yoxdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın