Los-Anceles məhkəməsi 39 yaşlı müğənni Britni Spirsin (Britney Spears) üzərində atasının 14 illik qəyyumluğuna son qoyub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məhkəmənin hökmünə münasibət bildirən müğənni bunu həyatının ən yaxşı günü adlandırıb.

“Allahım, pərəstişkarlarımı çox sevirəm, bu, dəlilikdir! Düşünürəm ki, bütün günü ağlayacağım! Bu, həyatımın ən gözəl günüdür”, – deyə o bildirib və baş verənlərə hələ də inana bilmədiyini söyləyib.

Pərəstişkarları da müğənni ilə bağlı məhkəmə qərarını alqışlarla qarşılayıblar. Məşhur müşğənni bununla bağlı özünün “Instagram” hesabından kadrlar paylaşıb. O, Instaqram-da 35 milyon izləyicisinə “Düşünürəm ki, ağlayacağım” yazıb.

Qeyd edək ki, Ceymi Spirs 2008-ci ildən, müğənninin psixoloji problemləri və öz uşaqlarının qəyyumluğunu itirməsi fonunda məhkəmənin qərarı ilə qızının həyatının əksər aspektlərinə nəzarət edir. O, ulduz müğənninin qazandığı bütün pullara, maliyyə qərarlarına tam nəzarət edib, həmçinin konsertlər, qastrollar, şoular və hətta Britni Spirslə şəxsi görüşlər haqqında bütün qərarlara baxıb.

Nəhayət uzunmüddətli sükutu pozan britaniyalı ifaçı bu ilin iyun ayında məhkəməyə müraciət etdi və atasının qəyyumluq hüquqlarından sui-istifadə etdiyini bildirdi. Onu da bildirək ki, müğənni atasının, o cümlədən qəyyumluq rejiminin saxlanmasını tələb edən vəkillərinin xərclərini ödəməyə məcbur olub.

Britni Spirsin sərvətinin təxminən 60 milyon dollar (2,7 milyonu nağd, 56,3 milyonu isə investisiyalar və daşınmaz əmlak şəklində) olduğu bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın