Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 18-də “Nikol Paşinyan Ermənistana qarşı” işinə dair qərarını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı AİHM-in mətbuat xidməti məlumat yayıb.

Qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin, eləcə də Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğuna qərar verib.

Ermənistan Baş naziri Nikol Paşinyanın iddiası 2008-ci il 19 fevral tarixli prezident seçkilərilə əlaqədardır. Həmin vaxt o, namizəd Levon Ter-Petrosyanın fəal tərəfdarı və seçki düşərgəsinin üzvü olub.

Paşinyan bildirib ki, martın 1-də polis İrəvandakı Azadlıq meydanında çadırlar quran mitinq iştirakçılarına hücum edib və onları qəddarlıqla döyüb.

2009-cu ilin 3 iyul tarixində N.Paşinyan İrəvan şəhəri Kentron və Nork Maraş Dairə Məhkəməsinə çıxarılıb və iki ay müddətli həbs cəzasına məhkum edilib.

AİHM-ə Avropa Məhkəməsinə müraciətində Nikol Paşinyan Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq onun həbsinin qanunsuz olduğunu bildirib.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərNursultan Nazarbayev Qazaxıstan xalqına müraciət etdi
Sonrakı xəbərİlham Əliyev: Azərbaycanda H.Z.Tağıyevin xeyriyyəçilik ənənələri davam edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın