90-cı illərin ən məşhur modellərindən biri olan Klaudiya Şiffer (Claudia Schiffer) uzun müddətdən sonra ilk dəfə həyat yoldaşı, rejissor Metyu Vonla (Matthew Vaughn) ictimaiyyət qarşısına çıxıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, son vaxtlar tədbirlərdə görünməyən 51 yaşlı supermodel ərinin Londonda baş tutan “Kralın Adamı” (The King’s Man) adlı yeni filminin premyerasına qatılıb.

Bazar ertəsi (06 dekabr) İngiltərənin London şəhərində Cineworld Leicester meydanında “Kralın Adamı” filminin Dünya Premyerası nümayişində göz oxşayan modeli görənlər valeh oldu.

Premyera gecəsində “Balmain”dən olan mirvarilərlə bəzədilmiş paltar geyinən Klaudiyadan başqa filmin soundtrakını oxuyan müğənni FKA Twigs, filmin ulduzu Cemma Arterton, Ralph Fiennes, Rhys Ifans, Charles Dance, Tom Hollander, Harris Dickinson və başqaları da var idi.

“Kralın Adamı” filmi 20-ci əsrin başlanğıcında, eyni adlı müstəqil agentliyin milyonlarla insanı məhv etmək üçün müharibə hazırlayan bir kabala qarşı durmasından bəhs edir. Film dekabrın 22-dən kinoteatrlarda göstəriləcək.

The King’s Man | Official Trailer | 20th Century Studios

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın