“İran ukraynalıların qətlinə görə birbaşa məsuliyyət daşıyır. Öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak öz “Twiter”ində yazıb.

M.Podolyakın fikrincə, Tehrana tətbiq edilən sanksiyalar yetərli deyil.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ümumilikdə Rusiya İrandan 2 400 pilotsuz təyyarə sifariş edib. İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bu xəbərlərin əsasız olduğunu bildirib.

“İran Rusiyaya heç vaxt intiharçı dronlar verməyib”, – H. Abdullahian Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə telefon söhbətində bildirib. Diplomat bildirib ki, onun ölkəsi Rusiya-Ukrayna münaqişəsində neytral mövqe nümayiş etdirir.

KİMMixaylo Podolyak
MƏNBƏTwitter
Öncəki xəbərİranın Azərbaycanla sərhədə qoşun yığması Tehranın məqsədini bəyan edir
Sonrakı xəbərİran Xarici İşlər Nazirliyinin sözçüsü: Qarşılıqlı sanksiyalar elan ediləcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın