Xəbər verildiyi kimi, İstanbulda Miss Turkey-2017 gözəllik yarışmasının final mərhələsi keçirilib. Münsiflər heyətinin rəyi ilə birinci yerə Itır Esen layiq görülmüşdü.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Türkiyə KİV-nə qaynaqlanaraq bildirir ki, Itır Esenin sosial mediada “15 iyul şəhidləri” ilə bağlı paylaşması onun tacının əlindən geri alınmasına gətirib çıxarıb. I.Esen bundan sonra yarışma ilə bağlı bütün fotoşəkillərini sosial şəbəkədəki hesabından silib. Daha sonra açıqlama yayaraq, öncəki paylaşması üçün hər kəsdən üzr istəyib.

Gözəllik yarışmasının təşkilatçılarının rəyi ilə ikinci yeri qazanan Aslı Sümen birinci seçilib.

Öncəki xəbərErməni Deputat Mane Tandilyan Bakıda Yalan Danışdı
Sonrakı xəbərYalan – Qazancı Azaldar, İnancı Darmadağın Edər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın