Azərbaycanın Xalq artisti, tanınmış müğənni Miri Yusif Ukraynadakı müharibə ilə bağlı mahnı oxuyub.

YALAN.info bildirir ki, “Göyə Sarı” adlanan mahnı üçün hazırlanmış klip məşhur müğənninin “YouTube” kanalına yüklənib.

Onu da bildirək ki, sözləri Miri Yusifə, musiqisi Fariz Zeynalova və Miri Yusifə məxsus mahnının klipində 1-ci Qarabağ müharibəsi, 44 günlük Vətən Müharibəsi və Rusiya-Ukrayna müharibəsinin dəhşətləri əks olunub.

Miri Yusif – “Göyə Sarı” mahnısının sözləri

Bizi vurdular, biz əyilmədik
Bizi yandırdılar, külə dönmədik
Günəşimiz dondu, yenə sönmədik
Dilimizi kəsdilər, səsimiz uca.

Bizi kor edib qara buludlar
Buludlar ağlayar, yağar bombalar
Durnalar, göylərə dualarımı apar
Qəlbimiz cavan, eşqimiz qoca.

Ancaq Tanrını axtaran məni tapar
Ancaq Tanrını axtaran məni tapar.

Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, o, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı.

Dünya göz yumub birtərəf olub
Məhv olan insanlıq bir hədəf olub
Gülləyə tuş gələn güllə dəfn olub
İtkin düşənlər illərlə tapmaca.

Atəşkəs olsa, körpələr yatar
Savaş ömürləri ucuza satar
Güclülər zərbəni gücsüzə atar
Səhv baxmaz düzə, tox baxmaz aca.

Ancaq Tanrını axtaran məni tapar
Ancaq Tanrını axtaran məni tapar.

Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, o, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı.

Bizi vurdular, biz əyilmədik..

Miri Yusif — Göyə Sarı (Rəsmi Musiqi Videosu)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın