Ukrayna məhkəməsi RT (keçmiş “Russia Today”) telekanalı və “Sputnik” xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat verib.

“Ukrayna prokurorları yaxın günlərdə şübhəlinin beynəlxalq axtarışa verilməsi prosesinə başlamaq niyyətindədir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, erməniəsilli jurnalist Marqarita Simonyan Vladimir Putin hakimiyyətinin beynəlxalq səviyyədə baş təbliğatçılarından sayılır. Baş redaktor Rusiyanın Ukraynadakı hərbi müdaxiləsini dəstəkləyərək təbliğ etdiyinə görə Avropa İttifaqına girişi yasaqlanıb.

Xatırladaq ki, daha öncə Ukrayna Baş Prokurorluğu bir sıra tanınmış rusiyalılara, o cümlədən müğənni Nikolay Baskov, kinorejissor Nikita Mixalkov, müğənni Oleq Qazmanov, teleaparıcı və mediamenecer Tina Kandelakiyə qarşı analoji addımlar atıb.

KİMAlparslan Öztürk
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərBayden: Putinin Ukraynaya qalib gələcəyini düşünmürük
Sonrakı xəbərƏrdoğan Avropa ölkələrini günahlandırdı: Krımın işğalına göz yumdunuz
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın