Fransanın Prezidenti Emmanuel Makron Ukraynanın Avropa Birliyinə (AB) qoşulması prosesinin müddətinə aydınlıq gətirib.

YALAN.info bildirir ki, bununla bağlı Fransa Respublikasının dövlət başçısı Avropa Parlamentində çıxışı zamanı danışıb.

“Əgər Avropa Birliyinə qoşulma standartlarını aşağı salmasaq, Ukraynanın AB-yə girməsi prosesi illər, hətta onilliklər çəkə bilər”, – E.Makron vurğulayıb.

Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, Ukrayna və Avropanın başqa ölkələrinin AB-yə qoşulmaqla yanaşı, Avropa Birliyinə inteqrasiya üçün alternativ variantı olmalıdır.

“Biz mənim Avropa siyasi icması adlandırdığım bir qurum yaratmalıyıq. Avropanın bu yeni təşkilatı bizim əsas prinsiplərimizə sadiq qalan demokratik Avropa ölkələrinə yeni əməkdaşlıq imkanları – siyasi, müdafiə, enerji və nəqliyyat, investisiya, infrastruktur, sərhəd sahələrində əməkdaşlıq imkanları verəcək. Bu icmaya qoşulmaq gələcəkdə AB-yə məcburi üzvlük demək deyil. Həmçinin, icmanın qapıları AB-dən çıxan ölkələr üçün də açıq olacaq”, – deyə Fransa lideri təklif edib.

O, həmçinin əlavə edib ki, Ukrayna və Britaniya belə bir “icma”ya qoşulmağa ilk iddiaçılar ola bilər. Makron qeyd edib ki, öz təşəbbüsünü gələn həftə başqa dünya liderləri ilə müzakirə edəcək.

Öncəki xəbərSəudiyyə Ərəbistanının Baş prokuroru Azərbaycana rəsmi səfər edib
Sonrakı xəbərAzərbaycanda karantindən sonra turizm sektorunda canlanma yaranıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın