Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yeni klubu “Dinamo”nun (Zaqreb) rəsmi televiziyasına müsahibə verib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir  ki, 25 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Jelko Kopiçlə tanış olduğunu bildirib:

“Buraya gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratlarım əladır. Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burada tanıdıqlarım əla insanlardır. “Dinamo”ya keçdiyim üçün xoşbəxtəm. Doğurdan da bu klubun bir parçası olmaq heyrətamizdir. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur. Hər kəs bunu çox yaxşı bilir”.

Emreli daha öncə Zaqreb təmsilçisinin bir neçə oyununu izlədiyini vurğulayıb: “İngiltərənin “Tottenhem” klubuna qarşı oyun möhtəşəm idi. “Dinamo” göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündür və hamı bu komandaya hörmət etməlidir”.

Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç yeni transferləri Mahir Emreli haqda danışıb:

“Hələlik test və fərdi hazırlıq prosesindədir. Uzun müddətdir komanda məşqlərindən kənar qaldığını nəzərə alsaq, onunla diqqətli olmalıyıq. “Legiya” ilə danışıqlar uzun sürdü, ona görə də bu durum yarandı. Mahirin nə vaxt meydana çıxa biləcəyini dəqiq deyə bilməyəcəyəm. Ancaq inanıram ki, tezliklə rəqabət apara biləcək”.

45 yaşlı mütəxəssis 25 yaşlı oyunçunun hücumun müxtəlif mövqelərində oynaya bildiyini söyləyib: “Axtardığımız da bu idi. Daha çox mövqe və sistemdə oynaya bilən futbolçu axtarırdıq. Bunu Emrelidə tapdıq”.

Yada salaq ki, Mahir Emreli azarkeşlərlə baş verən xoşagəlməz olaydan sonra Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Xorvatiyanın ən titullu klubu Zaqreb “Dinamo”su ilə 4,5 illik sözləşməyə imza atıb. Azərbaycanlı hücumçu yeni klubunda “Qarabağ” və “Legiya”da olduğu kimi 11 nömrəli forma ilə çıxış edəcək.

PRVA MOMČAD | INTERVJU: Predstavljamo Mahira Emrelija

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın