Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionu olub.

YALAN.info bildirir ki, bu, XXXV turda səfərdə “Şibenik” üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub.

Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran “Dinamo” ən yaxın izləyicisi “Hayduk”u 4 xal geridə qoyub.

Paytaxt təmsilçisi bununla ardıcıl 5-ci, toplam isə 23-cü dəfə Xorvatiya çempionu olub.

Onu da bildirək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

ŠIBENIK vs DINAMO 0:2 (35.kolo, HT Prva liga 21/22)
Öncəki xəbər“Zirə” FK və “Qəbələ” FK UEFA Konfrans Liqasına vəsiqə qazanıb
Sonrakı xəbərHəsən Şeyx Mahmud Somalinin yeni prezidenti seçildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın