Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Ukraynadakı müharibə əməliyyatlarının gedişi ilə kifayət qədər tanış olmadığını, ancaq bu müharibənin onun gözləmədiyi şəkildə uzandığını vurğulayıb.

YALAN.info bildirir ki, Lukaşenko bu sözləri “Associated Press” agentliyinə müsahibəsində bildirib.

“Mən bu müharibənin bu şəkildə uzanacağını düşünmürdüm. Bu problemin o qədər də içində deyiləm ki, ruslar üçün, özlərinin dediyi kimi, plana uyğun gedib-getmədiyini deyə bilim. Ancaq bir daha vurğulamaq istərdim ki, hiss edirəm bu müharibə uzandı”, – deyə Lukaşenko cümə axşamı “Telegram” kanalında yayımladığı müsahibəsindən bir fraqmentdə bildirib.

Lukaşenkonun sözlərinə görə, Ukrayna müharibəsində nüvə silahından istifadə yolverilməzdir, çünki o, həm də Belarusun yanındadır: “Burada olmasa da, ABŞ kimi okeanın o tayında da deyil. Ümumiyyətlə, qəbuledilməzdir… Yer kürəsi orbitdən qopa bilər və biz haraya uçduğumuzu belə bilmərik”.

Putinlə qarşılıqlı münasibətlər barədə də fikir bildirən Belarus prezidenti Putini “böyük qardaşı” adlandırıb. O iddia edib ki, Putinin başqa heç kimlə onunla olduğundan daha yaxın, açıq və mehriban münasibəti yoxdur.

Çərşənbə axşamı Kremlin mətbuat xidməti bildirib ki, Putin və Lukaşenko telefon danışığında Rusiya-Belarus tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın