“Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

YALAN.info bildirir ki, bu fikri Ermənistanın ictimai televiziyasına müsahibəsində bu ölkənin keçmiş dövlət başçısı – birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Bu, heç kimə xoş gəlmir, ancaq elə an gələcək ki, başqa seçim olmayacaq”, – Ter-Petrosyan bildirib. Onun sözlərinə görə, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək. Eyni zamanda, keçmiş prezident Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb.

O, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması hallarının çox olduğunu yada salıb. Bu kontekstdə keçmiş prezident Yaponiyanı misal çəkib. “Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır”, – Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın yerinə gələcək hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın