Bakının Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə narkotiklərin satışı ilə məşğul olan daha 10 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən iki kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və başqa ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva, Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev, Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar.

Bu şəxslərdən külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib. 

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “Instagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin uyğun maddəsi ilə cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin başqa üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən daha 10 nəfər həbs edilib
MƏNBƏAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Öncəki xəbərUkrayna Prezidenti: Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik
Sonrakı xəbərAli Rada BMT sülhməramlılarını Ukraynaya çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın