Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kolorado ştatının Boulder çevrəsində meşə yanğınları nəticəsində məhv olan evlərin sayı, yenilənmiş məlumatlara görə, 600-dən 991-ə yüksəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Boulder çevrəsinin şerifi Co Pelle mətbuat konfransında bildirib.

Onun ofisindən yayılan məlumata görə, yanğınlar nəticəsində üç nəfər itkin düşmüş olaraq qalır.

İlkin versiyaya görə, meşə yanğınları ərazidə elektrik xətlərinin qırılmasından sonra yaranan qısaqapanma səbəbindən başlayıb. Küləkli hava nəticəsində alov çox sürətlə yayılıb. Xoşbəxtlikdən Kolorado tarixinin ən böyük yanğını kimi dəyərləndirilən təbii fəlakət bölgədə yağan qar sonrası söndürülüb.

Öncəki xəbərPrezident İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etdi
Sonrakı xəbərDSX-nin hərbi qulluqçusu bilinməyən səbəbdən 3 xidmət yoldaşını öldürüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın