Əfqanıstan İslam Respublikasının paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin toplam sayı 110 nəfərə yüksəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Əl-Cəzirə” məlumat yayıb.

Qeyd edək ki, dünən Kabil hava limanı yaxınlığında silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

“Reuters” agentliyinin xəbərinə görə, ölənlərdən azı 28-i “Taliban” hərəkatının üzvüdür.

“Biz amerikalılardan daha çox insan itirmişik”, – deyə adı açıqlanmayan “Taliban” rəsmisi bildirib.

Son məlumatlara görə, hücumda 13-ü ABŞ əsgəri həyatını itirib.

Öncəki xəbər“Qarabağ” FK ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəldi
Sonrakı xəbərMahir Emreli dubl etdi: Öz-özümə dedim ki, bu oyunda qol vuracağam
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın