Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq, erməni işğalından azad olunmuş Kəlbəcərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş bacarığının və döyüşə hazırolma durumunun yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.

Hərbi qulluqçularımız yeni və yüksək kalorili qida, eləcə də başqa təminat növləri ilə tam təmin edilib. Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Kəlbəcərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın