“Vladimir Putin müharibəni davam etdirmək istəyir və Volodimir Zelenski ilə görüşmək istəmir. Rusiya Federasiyasının prezidenti ilə danışıqlar isə vaxt itkisini yada salır”.

YALAN.info bildirir ki, bu sözləri İtaliyanın Baş naziri Mario Draqi “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.

“Mən telefon danışığında ona (Putinə – Red.) dünya haqqında danışmaq üçün zəng etdiyimi söylədim. Ondan soruşdum: “Zelenski ilə nə vaxt görüşürsünüz? Çözüm yolunu ancaq siz ikiniz tapa bilərsiniz”. Cavab verdi ki, hələ vaxt gəlməyib. Mən təkid etdim ki, heç olmasa atəşkəs barədə qərar verin”, – deyə hökumət başçısı bildirib.

Draqinin sözlərinə görə, daha sonra Putin Rusiya qazının rublla ödənilməsi barədə danışmağa başlayıb. Ardından isə həmsöhbətlər bir neçə gün sonra yenidən danışmağa razılaşaraq sağollaşıblar. Ertəsi gün dünya rusiyalı hərbçilərin Buçadakı cinayətlərinə şahidlik edib.

“Mən onunla danışmağın anlamsız olduğunu, sadəcə vaxt itkisi olduğunu söyləyənlərin haqlı olduğunu düşünməyə başlayıram. Mən həmişə Makronu müdafiə etmişəm və AB prezidenti kimi onun haqlı olduğunu iddia etməyə davam edirəm. Dialoqun bütün mümkün yollarından istifadə etmək lazımdır. Ancaq məndə belə bir təəssürat yaranıb ki, müharibənin dəhşəti, onun qətliamları, onların uşaqlara və qadınlara etdikləri şeylər deyilən sözlərdən və telefon zənglərindən tamamilə asılı deyil”, – Draqi vurğulayıb.

Yada salaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi hücumundan sonra Fransa rəhbəri Putinə ən azı 8 dəfə zəng edib. Buna görə o, bu yaxınlarda Polşanın baş naziri Mateuş Moravetski tərəfindən tənqid edilib. Sonuncu Putini Hitler, Stalin və Pol Potla bərabər tutdu.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa Putinin fikirlərini bölüşmür, ancaq bütün ziddiyyətlərə baxmayaraq, onunla həmişə danışıqlar aparıb. Makronun sözlərinə görə, bunu ondan Ukrayna prezidenti Vladimir Zelenski xahiş edib və Fransanın sülh danışıqlarının irəliləməsinə kömək edə bildiyi müddətcə Putinlə danışmağa davam etməyə hazırdır. Makron Kiyevə getməyə hazırlaşmadığını da bildirib. Onun fikrincə, səfər nəticəsiz olacaq və heç bir fayda verməyəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın