“SloMo” mahnısı ilə Benidorm Festivalının qalibi olan Chanel Eurovision Song Contest 2022-də İspaniyanı təmsil edəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İspaniyanı ESC2022 mahnı yarışmasında təmsil edəcək Chanel Terreronun “SloMo” klipi beynəlxalq layihənin rəsmi “YouTube” kanalında yerləşdirilən ilk iştirakçı və mahnı olub.

“SloMo” mahnısının videosu yeni yerləşdirilməsinə baxmayaraq, artıq 1 milyondan çox izləyici tərəfindən izlənilib.

Chanel Terrero Havanada, Kubada anadan olub. Anası yeni doğulmuş qızının heyranedici işlər üçün bu dünyaya gəldiyini dəqiq bildiyindən ona məşhur modelyer Koko Şanelin (Coco Chanel) adını verir. Chanel Terrero, dörd yaşında ikən Kataloniyadakı Olesa de Montserrata köçür. O, elə İspaniyada ilk dəfə Eurovision ilə tanış olur. O, ESC mahnı yarışmasını uşaqlıqdan izlədiyini və iştirak etmək arzusunda olduğunu etiraf etir. İndi Chanel bunu səsyazma sənətçisi kimi buraxdığı ilk mahnı olan SloMo ilə edəcək.

İndi oxumağı və rəqs etməyi ilə tanıdığımız Chanel, həm də aktyorluq üzrə təhsil alıb. O, İspaniyada bir neçə serialda çəkilib.Onu da bildirək ki, İspaniya təmsilçisi həmçinin kiçik səhnə də olsa, 2010-cu il MTV Avropa Musiqi Mükafatlarında Şakira ilə səhnədə rəqs edib.

İndi isə onun əsas məqsədi Madonna, Black Eyed Peas, Britney Spears, Ricky Martin, Mariah Carey və Nicki Minaj kimi məşhurlarla çalışmış müəlliflərin “SloMo” mahnısı ilə bizim “Bir daha, bir daha, bir daha, bir daha, bir daha” istəməyimiz üçün çalışmaqdır.

Chanel – SloMo – Spain 🇪🇸 – National Final Performance – Eurovision 2022

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın