Qarabağda aparılan axtarışlar zamanı daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan ordusu hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonunda aşkarlanıb. Məlumatı Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov təsdiqləyib.

“Azərbaycan, rusiyalı və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib”, – Ə.Şahidov qeyd edib.

Bununla da 44 günlük Vətən savaşından sonra, 14 noyabr 2020-ci ildən bəri Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1708-ə çatıb.

Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin məlumatına görə, 44 günlük müharibədə erməni tərəfi 3809 nəfər itki verib. Onların arasında bir neçə nəfər mülki şəxsin olduğu da bildirilir. 220 hərbçi isə 2020-ci ildə Qarabağda itkin düşmüş sayılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın