İndi bütün dünya qərbyönümlü mövqeyi ilə çıxış edən Ermənistanın təhqir edilməsinə baxmayaraq, Rusiyanın tapşırıqlarını yerinə yetirdiyini görür. Bunu erməni hərbçiləri KTMT tərkibində Qazaxıstana göndəriləndə açıq şəkildə gördük. İndi də Rusiya-Ukrayna qarşıdurmasında eyni ssenarinin olacağına dair real perspektiv var.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Axar.az-ın məlumatına görə, bunu erməni siyasi şərhçi Romella Mnatsakanyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan erməni hərbçilərinin Donbasa göndərilməsinə də tam razı ola bilər:
“Bundan tam olaraq əmin deyiləm. Ola bilsin ki, Qərb ölkələri və analitiklərin proqnozlaşdırdığı müharibə, ümumiyyətlə, baş verməsin. Ancaq reallıq aydındır: Ermənistan Qərbdən uzaqlaşır. Yəqin ki, Putin Paşinyana zəmanət verib. Bu zəmanətlər heç bir yerdə qeyd edilməyib, yalnız Nikolun hakimiyyətinin nəyin bahasına olursa-olsun qoruyub saxlanmasına dair narahatlıqlarını aradan qaldırır”.