“Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək dəyərləndiririk”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İran İslam Respublikasının xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib. Onun bəyanatı İran Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, ancaq qarşıya çıxan maneələri dəf etmək üçün hər iki tərəfdə ciddi iradə olması önəmlidir”, – Abdullahiyan deyib.

İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələri və məsləhətləşmələri davam etdirəcəyini bildirib:

“Bu kontekstdə biz ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılmasıyla bağlı razılığa gəldik”.

Öncəki xəbər“Qarabağ” Futbol Klubu avrokuboklarda tarixi uğura imza atdı
Sonrakı xəbərRusiyada peyvənd vurdurmayan təcili yardım işçiləri kollektiv şəkildə istefa verdilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın