İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Alparslan adının türk adı olduğuna görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Güney Azərbaycan Demokratik Türk Birliyinə (GADTB) məlumat daxil olub. Məlumatda bildirilir ki, iki aydır doğulan azərbaycanlı körpəyə doğum şəhadətnaməsi almaq mümkün olmayıb.

Azərbaycanlı körpənin atası Mustafa Əvəzpur Qeydiyyat İdarəsinin antitürk siyasətini tənqid edərək bildirib ki, övladına Alparslan adı qoyduğu üçün hökumətin doğum şəhadətnaməsi verməməsi onu və övladını böyük problemlərlə qarşı-qarşıya qoyub. Belə ki, uşağına peyvənd vurdurmağa və müalicə xidmətlərindən yararlanmağa imkan verilmir.

MƏNBƏGüney Azərbaycan Demokratik Türk Birliyi
Öncəki xəbərFüzulidə qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq qurumlara hesabat göndəriləcək
Sonrakı xəbərAzərbaycandan keçməklə İrandan Avropaya uzanan nəqliyyat dəhlizi işə düşür
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın