Rusiya aviasiyası gün ərzində Ukrayna qoşunlarının canlı qüvvəsinin toplaşdığı 97 əraziyə zərbə endirib.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə deyib.

Onun sözlərinə görə, gün ərzində beş artilleriya batareyası, Mirnaya Dolina ərazilərində üç sursat anbarı, eləcə də Popasnaya qəsəbəsi ərazisində ABŞ istehsalı olan əks batareya radarı Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri ilə məhv edilib.

Bundan başqa, Konaşenkov qeyd edib ki, Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 77 ərazini vurub. Nəticədə 310 ukraynalı hərbçi ölüb və 36 ədəd hərbi texnika məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 146 təyyarə, 112 helikopter, 712 pilotsuz uçuş aparatı, 287 zenit-raket kompleksi, 2817 tank və başqa zirehli döyüş texnikası, 323 reaktiv yaylım atəşi sistemi, 1292 səhra artilleriya və minaatan, o cümlədən 2624 ədəd xüsusi təyinatlı hərbi texnika.

Брифинг Минобороны России (04.05.2022 г.)

KİMRusiya Müdafiə Nazirliyi
MƏNBƏVK.com
Öncəki xəbərVladimir Putin Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu təltif edib
Sonrakı xəbərUkrayna Müdafiə Qüvvələri iki istiqamətdə əks-hücuma başlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın