İngiltərə milli komandası qadın futbolçular arasında 2022-ci il Avropa Çempionatının (EURO 2022) qalibi olub.

YALAN.info bildirir ki, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.

Londondakı “Uembli” stadionunda keçirilmiş final qarşılaşmasında yerli komanda Almaniyaya artırılmış vaxtda qalib gəlib – 2:1. Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini artırılmış vaxta daşıyıb.

111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə topunun müəllifi olub. Kelli qol sevincini futbolkasını əynindən çıxararaq qeyd etdiyi üçün ukraynalı referi Katerina Monzuldan sarı vərəqə alıb.

Onu da bildirək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələmişdi.

T’S COMING HOME England win EURO 2022
EURO 2022 Champions England lift the trophy
England fans react as the Lionesses make history and win the Euro 2022
MƏNBƏUEFA
Öncəki xəbərHulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq etdi: Terrorla mübarizə aparılmalıdır
Sonrakı xəbərAzərbaycan Ordusunun Mühəndis bölmələri ilə praktiki məşğələlər keçirilir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın