“Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin rəhbəri, amerikalı sahibkar İlon Mask növbəti dəfə dünyanın ən varlı adamları reytinqinə başçılıq edir.

YALAN.info bildirir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Maskın sərvəti 187,1 milyard dollar qiymətləndirilir.

Mask sərvəti 185,3 milyard dollar olan LVMH (Louis Vuitton Moet Hennessy, “Louis Vuitton – Moet – Hennessy”) şirkətlər qrupunun prezidenti Bernard Arnonu keçərək, yenidən planetin ən varlı adamı adını qazanıb.

Agentlik qeyd edib ki, Maskın aktivləri onun “Tesla” şirkətinin səhmlərinin qiymətinin təxminən 70 % artması hesabına çoxalıb. Şirkətin elektriklə işləyən avtomobillərinə qiymətləri endirdikdən sonra tələbin artması da milyarderin sərvətinin artmasına səbəb olub.

Öncəki xəbərFIFA The Best 2022: Messi ilin ən yaxşı futbolçusu seçildi
Sonrakı xəbərİlham Əliyev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın