“Ermənistanın iki sözündən üçü yalandır”.
YALAN.info bildirir ki, bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, Paşinyan Brüssel görüşündən sonra 360 dərəcə dəyişib: “Avqustun 3-ü Azərbaycan Ordusu “Qisas” əməliyyatını həyata keçirəndə dərhal bəyan elədi ki, biz Azərbaycan Respublikasının vətəndaşlarının Ermənistan ərazisindən rahat şəkildə Naxçıvan MR-nın ərazisinə keçməyinə zəmanət veririk. Ancaq sonrakı adımları bunun yalan olduğunu göstərdi.
Bu gün Ermənistan böyük bir bəla içindədir. Bu bəla da get-gedə dərinləşir. Ermənistanı çoxdan başa salmaq lazım idi ki, onun Azərbaycanla rəqabətə girməsi mümkün deyil. Ona havadarlıq edən ölkələr də indi bu gücdə deyillər”.
Daha geniş Baku TV-nin videosunda: