“Ermənistanın iki sözündən üçü yalandır”.

YALAN.info bildirir ki, bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, Paşinyan Brüssel görüşündən sonra 360 dərəcə dəyişib: “Avqustun 3-ü Azərbaycan Ordusu “Qisas” əməliyyatını həyata keçirəndə dərhal bəyan elədi ki, biz Azərbaycan Respublikasının vətəndaşlarının Ermənistan ərazisindən rahat şəkildə Naxçıvan MR-nın ərazisinə keçməyinə zəmanət veririk. Ancaq sonrakı adımları bunun yalan olduğunu göstərdi. 

Bu gün Ermənistan böyük bir bəla içindədir. Bu bəla da get-gedə dərinləşir. Ermənistanı çoxdan başa salmaq lazım idi ki, onun Azərbaycanla rəqabətə girməsi mümkün deyil. Ona havadarlıq edən ölkələr də indi bu gücdə deyillər”.

Daha geniş Baku TV-nin videosunda:

Ermənistanın iki sözündən üçü yalandır – BAKU TV
Öncəki xəbərUEFA Avropa Liqası: “Qarabağ” FK Fransa “Nant”ını 3-0 darmadağın etdi
Sonrakı xəbərRoma Papası: Ermənistanla Azərbaycan arasında gərginlik bir qədər səngiyib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın