Tanınmış Hollivud (Hollywood) aktrisası və Monako şahzadəsi Qreys Kellinin (1929-1982) nəvəsi Şarlotta Kasiraqi (Charlotte Casiraghi) Paris Moda Həftəsində podiuma at belində çıxıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Şarlotta Kasiraqinin bu addımı sərgi iştirakçıları və mətbuat nümayəndələri tərəfindən böyük marağa səbəb olub.

Payetli Chanel gödəkçəsi və qara dəbilqə geyinən Kasiraqi at belində, musiqiçi Sebastyan Telerin canlı ifasının müşayiəti ilə podiuma çıxdı. Margot Robbie, Farrell Villiams və Vogue-un baş redaktoru Anna Vintur da daxil olmaqla, bir neçə yüksək səviyyəli qonaqların iştirakı ilə o, kanterə girməzdən öncə otağı dövrə vurdu.

Onu da bildirək ki, bu dəfə Paris Moda Həftəsində Kasiraqinin ardınca podiuma çıxan modellər 45 dizayn nümayiş ediblər.

Chanel | Haute Couture Spring Summer 2022 | Full Show

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın